Şəhid Əfsun Hüseynov Vətən Müharibəsi başladıqdan 3 gün sonra – oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanıb. Vətən Müharibəsi başladıqdan 3 gün sonra – oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzuli, Cəbrayıl rayonları və Zəngilan rayonunun Məmmədli, Çənlibel, Qubadlı rayonunun Xanlıq, Balasoltanlı kəndlərinin azad olunmasında iştirak edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşüb və şəhidlik zirvəsinə ucalıb. Şəhid Əfsun Hüseynov ölümündən 14 gün sonra, noyabr ayının 4-də Sabirabad rayonunun, Qarağac kəndində Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.
<