2021/12/elshe-1640026570.jpg

line
Adı: Quliyev
Soyadı: Elşən
Ata adı: Natiq
Doğum tarixi: 21.12.1992
Şəhid olub: 30.09.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Döyüşdə fərqlənməyə görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı
Quliyev Elşən Natiq oğlu 1992-ci il dekabrın 21-də Daşkəsən rayonunda anadan olub. Həyatdan vaxtından tez köçən atası Quliyev Natiq Musa oğlu birinci Qarabağ müharibəsinin veteranı idi.

Vətən Müharibəmiz başlayanda Elşən 7 il idi ki, orduda müddətdən artıq hərbi quluqçu kimi fəaliyyət göstərirdi. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün cəsarətlə döyüşlərə atılıb. Onun döyüşdə göstərdiyi qəhramanlıqdan döyüş yoldaşları göz yaşları və qürur hissi ilə ağızdolusu danışırlar.


Sentyabrın 30-da Kəlbəcər rayonu istiqamətində şərti adı “Üçtəpələr” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalıb.


Təəssüf ki, ikinci övladının dünyaya gəlməsini görmək ona qismət olmayıb. Amma oğulları hər zaman belə qəhrəman ata ilə fəxr edəcəklər!


Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Quliyev ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.