44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri də Elnur Sahib oğlu Bağırovdur.
Elnur Bağırov 1993-cü il, aprelin 16-da Daşkəsən rayonunda anadan olub. İxtisasca hərbçi, peşəkar snayper idi. Anası hər zaman onun peşəsinə görə narahatlıq keçirsə də, "Narahat olma ana, mənim işimdə qorxulu nə var ki?!" deyərmiş.
2020-ci il, sentyabrın 29-da Kəlbəcər rayonunun şərti adı “Üçtəpələr” olan döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin minomyot atəşi nəticəsində şəhadətə yüksəlib.
Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.