2021/05/telma-1622268165.jpg

line
Soyad: Allahverənov
Ad: Telman
Ata adı: Fazil
Doğum tarixi: 07.07.1995
Şəhid olub: 08.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Telman Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Telman Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

”Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.