2021/09/ba1fd-4898232225.jpg

line
Adı: Eşqin
Soyadı: Hüseyinov
Ata adı: Cəsarət
Doğum tarixi: 20.01.1998
Şəhid olub: 29.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı
Eşqin Cəsarət oğlu Hüseynov 1998-ci ilin 20 yanvar günündə Tərtər rayonunun Hüsənli kəndində anadan olub. 2004-2015 illərində Tərtər rayon İdris Hüseynov adına Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Eşqin 2016-cı il oktyabr ayında Tərtər Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ilin aprel ayında hərbi xidməti müvəffəqiyyətlə başa vurduqdan sonra bir neçə yerdə işləməyə başlayıb. Hərbiyə olan marağına görə 2020-ci ildə 2 ay kurs keçdikdən sonra N saylı hərbi hissədə MAHHXHQ rütbəsində xidmət edib. Şəhidimiz nişanlı idi.

Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda da qəhrəmancasına vuruşub. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət edib. Eşqin Hüseynov İkinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya-topçu vəzifəsində iştirak edib. 29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından şəhid olub. Yaşadığı Tərtər rayonu Hüsənli kənd qəbristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Eşqin Hüseynov ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” medalları ilə təltif edilib.