Şəhid Məmmədov Sinan Məhəmməd oğlu 2000-ci il oktyabrın 9-da Bakı şəhərində anadan olub.
Sinan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Sinan Məmmədov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 2020-ci il sentyabrın 29-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Sinan Məmmədov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.