Şəhid Məmmədov Taleh Arif oğlu 1999-cu il yanvarın 16-da Tərtər rayonunda anadan olub.
Taleh Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Taleh Məmmədov 2020-ci il sentyabrın 29-da Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Taleh Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.