Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə, hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Elnur Mirsiyab oğlu 30 avqust 1999-cu ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olub.
Vəliyev Elnur Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 29 sentyabr 2020-ci il tarixdə Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
memorial.az