Hikmət Firudin oğlu Babaşov 1977-ci il fevralın 3-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Babaşov 44 günlük müharibədə Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Qubadlıda şəhid olub.
Şəhid Hikmət Babaşov müharibədəki xidmətlərinə görə ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.