2021/05/Scree-1622276897.jpg

line
Adı: Bayramov
Soyadı: Xəzər
Ata adı: Azad
Doğum tarixi: 14.11.1997
Şəhid olub: 03.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Xəzər Azad oğlu Bayramov 1997-ci il noyabrın 14-də Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. Vətən Müharibəmiz başlayanda Azərbaycan Ordusunun əsgəri olan Xəzər Bayramov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ağcabədi rayonunun Qaravəlli kəndində Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Bayramov Xəzər Azad oğlunun xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksi tikilib.