2021/05/elnur-1622296786.jpg

line
Adı: Məmmədov
Soyadı: Elnur
Ata adı: İsrafil
Doğum tarixi: 16.09.1989
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«İgidliyə görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Elnur İsrafil oğlu Məmmədov 1989-cu il sentyabrın 16-da Daşkasən rayonunda anadan olub.

Uşaqlıqdan vətənə, torpağa, elə-obaya bağlılıq hissi onda çox güclü idi, buna görə də böyüdüyündə hərbiçi olmaq qərarına gəldi. 20% torpağımızın düşmən tapdağı altında qalması onu narahat edirdi və bir gün qisas gününün gələcəyinə ümid edirdi. Məmmədovlar ailəsinin üç oğlu var, evin böyüyü olan Elnurun bir gün Vətən müharibəsində iştrak edəcəyi, hətta şəhidlik zirvəsinə yüksələcəyi ağıllarna belə gəlməzdi.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, bir mənalı olaraq, İkinci Qarabağ müharibəsi başladı. Vətəninin bu dar günlərində ürəyi dözməyən, iki əkiz qız atası olan Elnur, sevdikləri ilə vidalaşdı, çünki Vətənin onun kimi mərd oğullara ehtiyacı olduğunu bilirdi. Uşaqlarının gözlərindən öpüb, anasından halallıq alan Elnur, Vətənin keşiyinə yollandı. Bu şanlı qələbədə onunda payı olmalı idi və olduda.

Elnur Məmmədov 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində döyüşlər zamanı şəhid oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Məmmədov ölümündən sonra “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəhrəmanlıq

Kəşfiyyatcı Məmmədov Elnur döyüşün hələ ilk başlarından İkinci Qarabağ müharibəsində, yüksək qəhrəmanlıq nümunəsi göstərərək iştrak edib. Müxtəlif mövqelərdə döyüşən Elnur, Oktyabrn 1-i Daşkəsən rayon sərhədindən, Kəlbəcər rayonuna keçid edib. Komandiri və döyüş yoldaşları ilə birlikdə, düşmənin iki postunu dağıdıb . Döyüş gedən zamanı, içi dolu erməni zabiti olan UAZ markalı maşınının yaxınlaşdığını görən komandiri, Elnura başını qaldırmamasını deyib, lakin Elnur sinəsini düşmənə sipər edərək, içi zabit dolu UAZ maşınını partladıb, özü isə düşmənin snayper gülləsinə tuş gəlib və qarın nahiyəsindən yaralanıb. Qısa müddət yerdə qaldıqdan sonra, özünü toparlayıb və döyüş yoldaşlarına "Siz geri çəkilin, mən gedərəm" deyərək, düşmənə hücüm edib, lakin çox təəsüf ki, snayperlə baş nahiyəsindən vurularaq şəhidlik mərtəbəsinə ucalıb. Komandiri onun nəşini çıxara bilmədiyindən, düşmənin əlinə keçməsin deyə, iki qayanın arasında gizlətmişdir. Elnurun nəşi 49 gün neytral ərazidə qalıb. 50-ci günə keçən gecə də komandiri və döyüş yoldaşları, onun nəşini gizlətdikləri yerdən götürərək, ailəsinə təhvil verib. Elnur Məmmədov böyük izdihamla Gəncə şəhər şəhidlər xiyabanında dəfn olunub.