2021/05/ilqar-1622297186.jpg

line
Adı: Baxışov
Soyadı: İlqar
Ata adı: Adışirin
Doğum tarixi: 21.11.2000
Şəhid olub: 15.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
İlqar Adışirin oğlu Baxışov 2000-ci il, noyabrın 21-də Füzuli rayonunun Horadiz şəhərində anadan oub. 2007-ci ildə Horadiz şəhərinin Firudin Mehdiyev adına 2 saylı tam orta məktəbində 1-ci sinfə gedib və 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Horadiz şəhər Uşaq Musiqi Məktəbində nağara üzrə təhsil alıb.

Əmisi qızı Aygül Baxışova deyir ki, İlqar müəllim və yoldaşlarının sevimlisi idi. Məktəbi bitirdikdən şadlıq sarayında həm ofisant, həm də nağara ifaçısı kimi işləyib. "Hər bir işə əl atırdı. Çox zəhmətkeş, çalışqan və mehriban biri idi. Qazandığı pulu yığıb, evlərini təmir etdirmişdi. İndi hara baxsaq, onun xatirəsi var, çünki daşı daş üstünə qoyan İlqar idi. Hər zaman deyib-gülərdi. Mənim üçün əmioğlu yox, qardaş olub".

İlqar 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunda Suqovuşan kəndinin işğaldan azad olunması zamanı, 2020-ci il, oktyabrın 15-də şəhidlik zirvəsinə yüksəlib.

İstifadəsi qadağan olunmuş raket atəşi nəticəsində yanaraq, can verib. Nəşi DNT analizindən sonra ailəsinə verilib.
Horadiz şəhər qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.