2021/05/384px-1622297359.jpg

line
Adı: Balağayev
Soyadı: Seyfəddin
Ata adı: Vahid
Doğum tarixi: 06.03.1998
Şəhid olub: 07.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı
Seyfəddin Balağayev 1998-ci il, martın 6-da Azərbaycanın Şabran rayonunun (o vaxtlar "Dəvəçi" adlanırdı) eyniadlı şəhərində anadan olub. 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsil alıb. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olunub.

2020-ci ilin sentyabr ayının axırlarında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Sentyabrın 27-də Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 7-də, 22 yaşında Füzuli rayonu ərazisində şəhid olub. Bir gün sonra Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

"Vətən uğrunda" və "İgidliyə görə" medalarlı ilə təltif edilib.