2021/09/Abiye-1631868077.jpg

line
Soyad: Abıyev
Ad: İlkin
Ata adı: İslam
Doğum tarixi: 18.01.1995
Şəhid olub: 27.09.2020
Rütbə: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
lkin İslam oğlu Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb.

İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

Kiçik çavuş rütbəsini alan Abıyev 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev müharibənin ilk günü Kəlbəcərdə Murovdağ uğrunda şəhid olub. Vətənin mərd oğlu Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunmasında mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhidimiz "Kəlbəcərin azad olunmasına görə" medalı ilə də təltif edilib.