2021/05/Scree-1622356678.jpg

line
Adı: İbadov
Soyadı: Vüqar
Ata adı: Sadıq
Doğum tarixi: 28.09.1988
Şəhid olub: 19.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vüqar Sadıq oğlu İbadov 1988-ci il sentyabrın 28-də Göytəpə şəhərində anadan olub. 1955-2004-cü illərdə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Sonra Cəlilabad Peşə liseyində təhsilini davam etdirib.

2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-2016-cı illərdə "N" saylı hərbi hissədə fəaliyyətə başlayıb, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu keçərək müxtəlif fəxri fərmanlarla mükafatlandırılıb. İlk gündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb, Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib və 2020-ci il oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüqar İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüqar İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

***
İbadovlar ailəsi, ailə başçısını erkən itirdiyindən Vuqar ailənin yükünü üzərinə götürməli olub. Həm ailənin başçısı olur, həm də qardaş, bacısına sirdaş olur. Qardaşı qazi gizir Fuad Zeynalov deyir ki,onun hərbiçi olmağına səbəb elə Vüqar olub. Vətənə sevgisindən, torpaqlarımızın azad olunması istəyindən elə danışardı kı, mən də hərbiçi olmağa qərar verdim.
Vuqar İbadov tankçı kimi vətənin keşiyində durub. Cəbrayıl-Füzuli-Qubadlı istiqamətlərində gedən döyüşlərdə igidlik göstərən Vuqarın tankı oktyabrın 9-da Aşağı Seyidəhmədli kəndi uğrunda gedən ağır döyüşlərdə vurulur, özü isə ağır yaralanır. Hospitalda müalicə alan Vüqar elə ailəsini də sonuncu dəfə orada görür.