2021/06/Scree-1623568866.jpg

line
Soyad: Abdurrəhmanlı
Ad: Sübhan
Ata adı: Mahir
Doğum tarixi: 18.10.1992
Şəhid olub: 06.10.2020
Rütbə: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Abdurrəhmanlı Sübhan Mahir oğlu 18 oktyabr 1992-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Sübhan 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

Əsgər Sübhan Abdurrəhmanlı torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində iştirak edib. Füzuli naminə döyüşlərdə vuruşub. Sübhan Abdurrəhmanlı 6 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurrəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi mərdlik və igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan ölümündən sonra "İgidliyə görə" medalı ilə də təltif edilib

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Sübhan Abdurahmanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.