Ramil Nuralı oğlu Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub.
Baş gizir Ramil Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
O, sentyabrın 29-du Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Kürdəmir rayonunun Qarasu kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramil Quliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.