Sonra ailə Ağdam rayonunun Baharlı qəsəbəsində məcburi köçkün ailələri üçün tikilən 2 otaqlı evlə təmin olunub. Orta məktəbi bitirdikdən sonra, Ağdam Dövlət Sosial İqtisad kollecinə daxil olub. Kolleci bitirən Ramin 2020- ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib. Vətən müharibəsi başlayanda bütün vətənpərvər oğullar kimi 3 ayın əsgəri olan Ramin də döyüşlərə qatılıb.
Murovdağ istiqamətində döyüşən Ramin yaralanıb hospitala gətirilib. Yaralı olmasına baxmayaraq, yenidən döyüş bölgəsinə əsgər yoldaşlarının yanına qayıdıb. Oktyabrın 19-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhramanlıqla şəhid olub. Oktyabrın 20-də Ağdam rayonunda şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə", " Vətən uğrunda", " Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
memorial.az