2020-ci il sentyabrın 27-si başlayan Vətən müharibəsinin ilk günlərindən kəşfiyyat bölüyünün tərkibində ön cəbhəyə yollanan Vüsal döyüş yoldaşları ilə çiyin-çiyinə bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Şuşanın azadlığı baxımından mühüm strateji əhəmiyyət kəsb edən Hadrut qəsəbəsinin işğalçılardan təmizlənməsi kimi mühüm bir tapşırıq gələn vaxt Vüsal da digər hərbçi yoladaşları kimi döyüşə atılıb.
Gizir Vüsal 9 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci ildə Cəlilabad rayonunun Rüstəmabad kəndində dəfn edilib.
Şəhidimiz ailəli olub, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən
“Azərbaycan Bayrağı” ordeni,
“Vətən uğrunda” və
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.