2021/09/murtu-1631892034.jpg

line
Adı: Abbasov
Soyadı: Murtuz
Ata adı: Çingiz
Doğum tarixi: 02.11.1998
Şəhid olub: 22.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Zəngilanın azad olunmasına görə» medalı
Leytenant Abbasov Murtuz Çingiz oğlu 2 noyabr 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. 2005-2016-ci illərdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olan Murtuz 2020-ci ildə ali hərbi təhsilini başa vuraraq, gənc leytenant kimi Çevik Hərkət Qüvvə-lərinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlayıb. Qısa müddətli xidməti dövründə intizamı və çalışqanlığı ilə hərbi kolletivin dərin hörmətini qazanıb.

Vətən Müharibəsinin ilk günlərindən öz taqımı ilə döyüşlərə qatılan leytenant Abbasov Murtuz Cəbrayıl və Zəngilan rayonları ərazisində İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunmasında iştirak edib.

22 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin ələ keçirilməsi üçün Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşən leytenant Abbasov Murtuz 6 nəfər yoldaşı ilə birlikdə döyüşü öz üzərlərinə çəkərək bölüyün qalan heyətinin atəş altından çıxmasına şərait yaradıb. 30 nəfərin yaralandığı döyüşdə Murtuzla birlikdə bölüyün daha 6 nəfər hərbi qulluqçusu qəhrəmancasına şəhid olub.

Leytenant Abbasov Murtuz Çingiz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli“Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

29 oktyabr 2020-ci ildə Lerik rayonunun Soru kəndində dəfn edilib.