2021/05/ilkin-1622377910.jpg

line
Adı: Xosrovzadə
Soyadı: İlkin
Ata adı: Azay
Doğum tarixi: 01.12.1997
Şəhid olub: 22.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Zəngilanın azad olunmasına görə» medalı
Kiçik gizir Xosrovzadə İlkin Azay oğlu 1 dekabr 1997-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub.

2004-2015-ci illərdə Laçın rayonunun Bayram Məmmədov adına orta məktəbində təhsil alıb. 2015-ci ildə Bakı Biznes Universitetinə daxil olduqdan sonra 2017-ci ildə təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə yollanıb. İlkin müddətli həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətinın Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsində keçib. O, əsgərliyi başa vurduqdan sonra peşəkar sərhədçi olmaq qərarına gəlib. 24.04.2020-ci il tarixdən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub.

Qəhrəmanımız Vətən müharibəsi başlayanda İlkin Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində xidmət edib. İlkin 1-ci çevik hərəkət taborunda xidmət etdiyi müddətdə intizamlı olub, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edən İlkin, Zəngilan şəhəri və ətraf ərazilərin, İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunmasında rəşadət göstərib. Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yuksəkliyinin azad olunması uğrunda döyüşdə başından qəlpə yarası alan İlkini xilas etmək mümkün olmayıb və o qəhrəmancasına şəhid olub.

Subay idi.

Kiçik gizir Xosrovzadə İlkin Azay oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
25 oktyabr 2020-ci il tarixdə Sulutəpə qəsəbəsində dəfn edilib.

memorial.az