2021/05/Mirse-1622378711.jpg

line
Soyad: Bağırlı
Ad: Mirsədi
Ata adı: Mircəfər
Doğum tarixi: 12.06.2000
Şəhid olub: 09.10.2020
Rütbə: Kiçik gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Kiçik gizir Mirsədi Mircəfər oğlu Bağırlı 12 iyun 2000-ci ildə Tərtər rayonunun Umudlu kəndində anadan olub. 2006-2015-ci illərdə Tərtər rayonu ərazisində yerləşən Kəlbəcər rayon 66 saylı orta məktəbində təhsil alıb.

Sonralar təhsilini Bərdə liseyində davam etdirən Mirsədi 2018-ci ildə oranı təmirçi-çilingər avtomobil sürücüsü ixtisası üzrə bitirib. 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olarkən sərhədçi peşəsinə maraq göstərən Mirsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib.

2020-ci il, fevralın 8-də xidmətə qəbul olunan Mirsədi qısa müddət ərzində Çevik Hərəkət Briqadasında rəislərinin və yoldaşlarının etimadını qazanır.
Vətən müharibəsi başlayanda Mirsədi snayperçi kimi cəbhəyə yollanıb. Cəbrayıl və Xocavənd rayonları ərazisində gedən döyüşlərdə fərqlənib. O, oktyabrın 9-da Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 11 oktyabr 2020-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində torpağa tapşırılıb.

Kiçik gizir Bağırlı Mirsədi Mircəfər oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin qardaşı ilə son telefon danışığını təqdim edirik: