Şabanov Rüfət Rauf oğlu 2001-ci il fevralın 24-də tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Rüfət Şabanov 22 iyun 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.
2020-ci il oktyabrın 18-də Murovdağ zirvəzi ətrafında gedən döyüşlərdə iştirak edib və bu zaman şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Şabanov ölümündən sonra
"Vətən uğrunda" və
"Kəlbəcərin azad edilməsinə görə" medalları ilə təltif edilib.