Cavidan Valeh oğlu Məmmədli 1997-ci il, sentyabrın 20-də İmişli şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Cavidan Məmmədli 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəmizdə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.
2020-ci il, oktyabrın 7-də sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Nəşi 13 fevral 2021-ci ildə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.