2023/03/33503-1678386620.jpg

line
Adı: Məhərrəmov
Soyadı: Niyaməddin
Ata adı: İsrayıl
Doğum tarixi: 05.01.1993
Şəhid olub: 29.09.2020
Rütbəsi: s.ü.h.x.o əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Şəhid Məhərrəmov Niyaməddin İsrail oğlu 5 yanvar 1993-cü ildə Şəmkir şəhərində anadan olub. 1994-cü ildə ailəsi ilə birlikdə Kür qəsəbəsinə köçüb.

2000-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İ.Aznaurov adına Kür qəsəbə 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib.

2011-ci ildə H.Z.Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbində 11 illik təhsilini bitirib.

2011-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Tərtər royonu Qapanlı kəndində snayperçi vəzifəsində hərbi xidmətini başa vurub və 2013-cü ilin yanvar ayında təxris olub.

İstər məktəb illərində istərsə də hərbi xidmətdən sonra özünü sevdiyi fotoqraf sənətinə yönəltmiş və bu sənətdə özünü doğruldaraq iştirak etdiyi bütün məclislərdə böyükdən-kiçiyə hər kəsin sevimlisinə çevrilmişdi.
21 sentyabr 2020-ci ildə könüllü olaraq ön cəbəyə yollanıb.
29 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

30 sentyabr 2020-ildə Kür qəsəbəsində dəfn olunub.Ölümündən sonra
"Vətən uğrunda"
"Hərbi xidmətə görə"
"Cəsur döyüşcü"
"Kəlbəcərin azad olunması" medalları ilə təltif olunub.