2021/01/13153-1609954080.jpg

line
Soyad: Abbasov
Ad: Elvin
Ata adı: Şamil
Doğum tarixi: 06.05.1992
Şəhid olub: 07.11.2020
Rütbə: Baş çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı
Elvin Şamil oğlu Abbasov 1992-ci il,mayın 6-da Ağdərə rayonunun Umudlu kəndində anadan olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elvin Abbasov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.



Ailəli idi. 2 övladı əmanət qalıb...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.










memorial.az