2021/01/13710-1610103327.jpg

line
Adı: Əbdürrəhmanlı
Soyadı: Sabir
Ata adı: Faiq
Doğum tarixi: 09.03.1998
Şəhid olub: 08.10.2020
Rütbəsi: Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
II Qarabağ Müharibəsinin ölməz şəhidlərindən biri də Sabir Əbdürrəhmanlıdır. Sabir Faiq oğlu Əbdürrəhmanlı 1998-ci il martın 9-da Sumqayıt şəhərində anadan olub. Hələ uşaqlıqdan qorxmazlığı ilə seçilirdi babasının adını daşıyan Sabir. Vətənə, torpağa, atasının doğulduğu Ağdama bir ayrı sevgisi var idi. Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan əmisi şəhid Famillə həmişə fəxr edirdi. Ən çox da ona bənzəməyə, onun kimi qəhrəman olmağa çalışırdı. İdmanın müxtəlif növləri üzrə məşğul olur, fərqli yarışmalarda daim birincilik qazanırdı.



DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət edib. Özünə və yaxınlarına söz vermişdi: “Əmim başda olmaqla bütün şəhidlərimizin qisasını alana qədər vuruşacağam”. Vədinə sadiq qaldı...

Çavuş Əbdürrəhmanlı Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsur döyüşçü yoldaşları ilə birlikdə düşmənin yeddi postunu ələ keçirib, onlarla canlı qüvvəsini məhv edib. O, oktyabrın 8-də Füzulidə şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həmçinin Cəbrayıl və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaəti nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Sabir ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" "Kəlbəcərin azad olunmasına görə" medalları ilə də təltif edilib.



Anası Mehparə xanım hələ də oğlunun itkisi ilə barışa bilmir. Onun Sumqayıtdakı Şəhidlər xiyabanında yerləşən məzarını hər gün al-əlvan güllərlə bəzəyir. Oğlunun sevdiyi, tikanları əlini dalasa da, anası üçün qucaq-qucaq yığıb gətirdiyi qızılgüllərlə...

“Sabir güclü idi, qorxmaz idi, mümkün deyil, o, ölə bilməz”, deyib köks ötürür ana...