Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Rəşad Fərman oğlu Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda dünyaya gəlib.
Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altındakı ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində igidliklə döyüşüb. Vətən müharibəsinin elə ilk günündə həlak olan şəhidimiz anadan olduğu Xaçmaz rayonunda Ana torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.