2021/09/ALIAH-1632597932.jpg

line
Adı: Əhmədov
Soyadı: Əli
Ata adı: İlqar
Doğum tarixi: 05.01.1993
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Əslən Mingəçevirdən olan Əli Vətən müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qardaşı İlslamla eyni gündə şəhidlik zirvəsinə ucalıb.

Əli İlqar oğlu Əhmədov 5 yanvar, 1993-cü ildə Mingəçevirdə anadan olub.Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibində 6 ay Əfqanıstanda xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuşu Əli Əhmədov torpaqlarımızın bütövlüyü uğrunda Vətən müharibəsi zamanı Ağdərə istiqamətində döyüşlərdə iştirak edib.

O, döyüşün ilk günü, sentyabrın 27-də Suqovuşan döyüşü zamanı şəhid olub. Sentyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Sağlığında "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalına layiq görülən Əli Əhmədov ölümündən sonra Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" "Laçının azad olunmasına görə" medallarıyla təltif edilib.