Azərbaycan Ordusunun əsgəri olan Rəcəb İsmayılov 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəmizdə Füzulinin, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.2020-ci il, oktyabrın 30-da Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Onun nəşi uzun müddət tapıla bilməyib. 3 fevral 2021-ci ildə İmişli rayonunun Əliqulular kəndində torpağa tapşırılıb.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov
"Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov
"Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.