2021/05/tebri-1622459489.jpg

line
Adı: İbrahimov
Soyadı: Təbriz
Ata adı: İsmayıl
Doğum tarixi: 08.10.1992
Şəhid olub: 28.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Təbriz İsmayıl oğlu İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Təbriz hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Sonuncu dəfə 28 sentyabr tarixində əlaqə saxlayıb, mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu söyləyib. Çox qan itirdiyini və halsızlaşdığını da bildirib. Təbriz İbrahimov Murovdağ döyüşlərində itkin düşüb.

Yalnız 9 aydan sonra, 19 may 2020-ci ildə əsgər İbrahimov Təbriz İsmayıl oğlunun cansız bədəni tapılaraq, şəxsiyyəti müəyyən edildikdən sonra II Fəxri Xiyabanda dəfn edilib.



Yaxınları deyir ki, MAXE kimi orduda xidmət edən hərbçimiz sentyabrın 27-də Murov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bu zaman yaralı əsgərimiz xalasıoğluna zəng edərək halallaşıb. Deyib ki, Murov yüksəkliyi yaxınlığında, "Ağdağ postunun" netralındadır. Telefon danışığı zamanı bildirib ki, ərazidə mina partlayışı baş verib. O və bir neçə hərbçi yaralı vəziyyətdə ərazidə qalıb. Təbriz İbrahimov bildirib ki, yaxınlıqda erməni postları var və onlar ermənilərin səsini asanlıqla eşidir. Bu sözləri dedikdən sonra ondan xəbər çıxmayıb. Yaxınları dəfələrlə telefona zəng etsələr də cavab verən olmayıb...