2021/05/Elman-1622464029.jpg

line
Adı: Həsənov
Soyadı: Elman
Ata adı: Mehman
Doğum tarixi: 28.02.1993
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Elman Həsənov 28 fevral 1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Elman Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qarşı tərəfin atdığı artilleriya mərmisi nəticəsində şəhid olub.

Bir bacının yeganə qardaşı, müharibənin ilk günü Talış-Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub. Elman ağır yaralansada geri çəkilməyərək yalnız irəli getməyi düşünüb. Doğmaları ilə müharibədən bir gün öncə görüşüb və qalib əsgər kimi geri dönəcəyini deyib.

Elman Həsənovun evində 2 oğul övladı böyüyür. Onlar atalarının şəkillərinə baxıb,tezliklə geri dönəcəyi günü gözləyirlər. Şəhidin həyat yoldaşı Samirə Həsənova sonuncu dəfə telefon danışığı zamanı Elmanın ona övladlarını tapşırdığını deyir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elman Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elman Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.