2021/05/16092-1622477658.jpg

line
Adı: Məcidov
Soyadı: Səbuhi
Ata adı: Ağalətif
Doğum tarixi: 28.04.2002
Şəhid olub: 27.09.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
18 yaşlı şəhidimiz Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yaşamış şəhid əsgər Səbuhi Məcidov 28 aprel 2002-ci ildə dünyaya gəlib.

Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə məktəbini bitirən Səbuhi həqiqi hərbi xidmətdə olan zaman Qarabağın azad olunması uğrunda gedən Suqovuşan və Talış kəndləri istiqamətində döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin ailə üzvləri ilə görüşən zaman onun haqqında danışılan xatirələr, sözlər bütün müsbət xüsusiyyətlərini bizə göstərdi. Ata Ağalətif bəyin mətinliyi və qürurunu heç bir sözlə ifadə etmək mümkün deyil.

Səbuhi Məcidov 27 sentyabr tarixində Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Səbuhi Məcidov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.