2021/05/95466-1622477810.jpg

line
Adı: Cəfərli
Soyadı: Əli
Ata adı: İsa
Doğum tarixi: 29.08.2001
Şəhid olub: 27.09.2020
Rütbəsi: kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Şəhid Cəfərli Əli İsa oğlu avqust ayının 29-u 2001-ci ildə Füzuli rayonunda doğulub. Onun ailəsi məcburi köçkün kimi Füzuli rayonunun Zopçuq 2 qəsəbəsində qeydiyyatda olub və Əli 27 saylı orta məktəbdə təhsil alıb. Uşaqlıqdan arzusu tarix müəllimi olmaq olan qəhrəmanımız Suqovuşanda tarix yazmışdır.

Əli Cəfərli Vətən müharibəsində iştirak edib və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əli Cəfərli 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Əli Cəfərlinin nəşi bir ay sonra, 28 oktyabr 2020-ci ildə DNT analizi ilə müəyyən olunaraq ailəsinə təhvil verilib və torpağa tapşırılıb.
Şəhidimizin anası deyir ki, Əlinin əmisi Adil Aydın oğlu Cəfərov da 1992-ci ildə şəhid olub:"Əli Naftalanda xidmət edirdi, sonra müharibə ilə bağlı Suqovuşan tərəfdə şəhid oldu.Onun əmisi də şəhid olmuşdu, həmişə deyərdi ki, hər şey vətən üçündür. Əmim vətən üçün şəhid olubsa, biz niyə getmirik? Hamı bu vətən üçün, biz hamımız bu vətənin oğluyuq.
Ana üçün oğlunun şəhid kimi getməyi, təmtəraqla , adlı-sanlı getməyi böyük fəxrdir.Həmişə “mən tarixçi olacağam” , deyirdi, amma özünü tarixə yazdı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Əli Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən,Əli Cəfərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.