2021/05/Tofiq-1622478511.jpg

line
Soyad: Ağaquliyev
Ad: Tofiq
Ata adı: Rafiq
Doğum tarixi: 01.12.2000
Şəhid olub: 28.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Tofiq Ağaquliyev 2000-ci il dekabrın 1-də Cəlilabad şəhərində anadan olub. Tofiq Ağaquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Tofiq Ağaquliyev Vətən Müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Tofiq Ağaquliyev oktyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.

Evin tək oğlu idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Ağaquliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.