Təhsilini başa vurduqdan sonra həmin ilin oktyabr ayının 2-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib.
İdrət Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibənin ilk günlərindən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv etməklə adını tarixə yazıb. Düşmənə sinə gərən igid İdrət 29 oktyabr 2020-ci il tarixində canından və qanından keçməklə Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi bir gün sonra doğulduğu kəndə gətirilib və böyük izdihamla kənd qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra
"Laçının azad olunmasına görə" medalına da layiq görülüb.