2021/06/12026-1622523120.jpg

line
Adı: Əliyev
Soyadı: Bəhruz
Ata adı: Elman
Doğum tarixi: 24.10.1997
Şəhid olub: 28.09.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Bəhruz Elman oğlu Əliyev 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 №-li tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 №-li Bakı Peşə Məktəbində 2 il davam etdirib.



2019-cu il oktyabr ayının 22-də hərbi xidmətə gedib. Goranboy rayonunun Ballıqaya kəndində N saylı hərbi hissədə xidmətə başlayıb. 2019-cu il noyabr ayının 9-u Hərbi Andiçmə mərasimi baş tutub. Xidmətini bir müddət orada, sonra isə Tərtər rayonunun Sarov kəndində davam etdirib. Daha sonra yenidən Goranboy rayonuna qayıdıb. Goranboy rayonu Tapqaraqoyunlu kəndində N saylı hərbi hissədə bir müddət motoatıcılıq kurslarında iştirak edib.



Azərbaycan Ordusunun əsgəri Bəhruz Əliyev 2020-ci il sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin ilk günündə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edib, yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına köməklik edib. Son dəfə yaralı əsgərimizi xilas edib döyüşə qayıdanda düşmənin atdığı minamyotun qəlpələri sağ ayağını ağır yaralayıb. Sentyabrın 28-i hospitala çatdırılarkən kəskin qanitirmədən Tərtər rayonu ərazisində yolda şəhidlik zirvəsinə ucalıb. Bir gün sonra böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Elman oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.



“Qardaşımın arzusu hərbçi olmaq idi. Arzusuna da ən şərəfli şəkildə çatdı”.

Bu sözləri şəhid Bəhruz Əliyevin bacısı İradə Əliyeva deyir:

"Bəhruz uşaq olanda atıcılığa xüsusi marağı var idi. Əsgərlikdə də bu kurslara böyük həvəslə qatmışdı. Keçirilən yarışlarda dəfələrlə 1-ci yerə layiq görülmüşdü qardaşım. Ona görə də atıcı vəzifəsindən baş atıcı vəzifəsinə təyin etmişdilər".



Şəhidimizin anası Qərənfil xanım oğluna Qarabağ torpağını işğaldan azad etməsində iştirak etməyi və bayrağımızı onun sancmasını arzulayırmış:

“Bir də onu arzulamışdım ki, Bəhruzun toyunu, xidmətdə olduğu Tərtər rayonunun Tapqaraqoyunlu kəndində hərbçi yoldaşları ilə birlikdə edim. Əfsuslar olsun ki, mənim də arzularımı kafir ermənilər ürəyimdə qoydu...”