2021/06/15337-1623662793.jpg

line
Adı: Bayramov
Soyadı: Həsən
Ata adı: Bəhrəm
Doğum tarixi: 17.06.1992
Şəhid olub: 05.11.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
30 illik vətən həsrətinə son qoymaq uğrunda aparılan əks-hücum əməliyyatlarında öndə gedənlərdən oldu, torpaqlarımızın azadlığı uğrunda canını fəda etdi. Ancaq qələbəni görmək ona qismət olmadı. Böyük zəfərə beş gün qalmış qəhrəmancasına şəhid oldu...

Həsən Bəhrəm oğlu Bayramov 1992-ci il, iyunun 17-də Göygöl rayonunun Sarısu kəndində doğulub. 2000-ci ildə Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2009-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Gəncə Humanitar Kollecinin (indiki Gəncə Dövlət Regional Kolleci) “Maliyyə işi” ixtisasına daxil olub.

2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

Əsl peşəsi dizayner idi, amma orduda xidmətə can atırdı. Sanki Ordumuzun tezliklə müqəddəs bir vəzifə ilə döyüşə atılacağını bilir, onun sıralarını gücləndirməyə çalışırdı. MAXE kimi işə başlaması 2020-ci ilin Tovuz döyüşlərinə təsadüf etdi. Bir neçə ay sonra isə ordumuzun başladığı əks-hücum əməliyyatlarına qatılıb.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Həsən Bayramov MAXE hərbi qulluqçu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə qatılaraq, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib.


O, manqa komandiri kimi girdiyi döyüşlərdə həm tapşırıqları yerinə yetirməyə, həm də əsgərlərini qorumağa çalışırdı. Hətta mina qəlpələri ilə yaralananda belə, ona kömək etmək istəyən əsgərlərinə təhlükəsiz əraziyə çəkilməyi əmr etmişdi. 40 gün canı-qanı ilə savaşdı, 5 noyabr 2020-ci ildə Laçın dəhlizində şəhadətə ucaldı. Ailəsinə və millətinə ömür boyu fəxr ediləcək miras qoydu.

Həsən Bayramov 2020-ci il, noyabrın 27-də Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Döyüşdə fərqlənməyə görə”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "Laçının azad olunmasına görə" və 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.