Şəhid Tural Saləddin oğlu İsayev 1992-ci il, aprelin 11-də Siyəzən rayonunun Yenikənd kəndində anadan olub.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Düşmənin müdafiə xəttini yarmaq üçün ön cəbhəyə atılan çavuş Tural İsayev elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub.
120 gün sürən axtarışlardan sonra nəşi tapılan şəhidimiz 2021-ci il yanvarın 31-də doğulduğu Gilgilçay kəndində dəfn edilib. Anası oğlunun nəşi tapıldığı üçün qurban kəsib.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında igidlik göstərdiyinə görə dövlət başçısının 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə igidliyinə görə Prezidentin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.