2021/01/Scree-1611424761.jpg

line
Adı: Hüseynov
Soyadı: Amil
Ata adı: Rasim
Doğum tarixi: 16.08.1986
Şəhid olub: 10.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Vətənin azadlığı və müstəqilliyi uğrunda canını fəda edən qəhrəmanlar həm bu günün, həm sabahın, həm də gələcəyin tarixini öz qanları ilə yazdılar. Bu qəhrəmanlarımızdan biri də Amil Hüseynovdur. Füzulinin Əhmədalılar kəndindən olan Amil Rasim oğlu Hüseynov 1986-cı il avqustun 16-da dünyaya gəlib. 2004 2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Kəşfiyyatçımız 9 il vətənə misilsiz xidmət göstərib.

Vətən Müharibəsi zamanı Füzuli istiqamətində gedən ən ağır döyüşlərdə böyük şücaət və igidlik göstərib. Amil Hüseynov oktyabrın 10-da Füzulidə şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn edilib.


Şəhid Amil ölümündən sonra Prezident İlham Əliyev tərəfindən «Cəsur döyüşçü», «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Vətən uğrunda» medalları ilə təltif edilib.




Şəhidin bacısı Aysel Süleymanova deyir:


"Qardaşım Füzuli uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib və qəhrəmancasına şəhid olub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onların hər biri bizim qardaşımızdır. Allah Prezidentimiz İlham Əliyevə can sağlığı versin, bu müharibəni dayandırdı və qələbə qazandıq".


Şəhidin atası Rasim Hüseynovoğlu ilə fəxr edir:


"Füzuli uğrunda gedən döyüşlərdə mənim oğlum şəhid olub. Öz oğlumla fəxr edirəm ki, şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərimizin canını sağ eləsin. Allah Prezidentimizə dəyməsin. Şükür ki, torpaqlarımız azad olundu. Şəhidlərin qanı yerdə qalmadı".


Şəhid hərbçimiz yenicə ailə həyatı qurmuşdu. Həyat yoldaşına ondan geriyə uğrunda canından keçdiyi bayrağı qalıb...


Şəhidin həyat yoldaşı Xalisə Məmmədova onu belə xatırlayır:


"Bizim ailə həyatımız çox qısa çəkdi. Yenicə ailə qurmuşduq. Ancaq mən fəxr edirəm ki, bu cür şərəfli yolda şəhid olmuş insanın həyat yoldaşıyam. Amil həqiqətən fəxr ediləsi bir həyat yoldaşı, insan idi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Düzdür, ondan mənə bir nişanə qalmasa da, tək təsəllim onun məqamıdır. Ondan mənə tək xatirə isə uğrunda canından keçdiyi bayraqdır".