2022/08/sehid-1661575272.jpg

line
Adı: Abdullazadə
Soyadı: Nurlan
Ata adı: Rasim
Doğum tarixi: 14.02.1994
Şəhid olub: 02.04.2016
Rütbəsi: Gizir
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub.

Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Abdullazadə uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

O, Abdullazadələr ailəsinin iki övladından biri olub. Qeyd edək ki, N. Abdullazadə axırıncı dəfə öz doğma ocaqlarında 2016-cı ilin ilin martın 18-də bacısının toy mərasimində iştirakı zamanı olub.

Hər iki valideyni əlil olan Nurlanın ən böyük arzusu isə Milli Qəhrəman Mübariz İbrahimov kimi igidlik göstərmək, şəhidlik zirvəsinə ucalmaq olub.

Ailəsinin də demək olar ki, yükünü təkbaşına çəkib. Valideynləri hər ikisi əlil olduğu üçün həm oxuyub, həm işləyib və hərbidə də olanda hər zaman diqqəti, qayğısı ailəsinin üzərində olub. İmkan tapan kimi onlara həm mənəvi, həm maddi dəstək olub. Onun köməyilə bu yaxınlarda kiçik bir ev də qaraldılıbmış, arzusu da buymuş ki, ailəsinə daha yaxşı şərait təmin etsin. Yəni, hamı onun haqqında çox müsbət danışır, ürəkdolusu, ruh yüksəkliyi ilə söz açırdı. Hətta, son dövrlərdə də deyirmiş ki, “mən Mübariz olacağam, Vətənim, torpağım üçün hər zaman canımdan keçməyə hazıram”. Və elə də oldu... Son nəfəsinəcən vətən torpaqları uğrunda vuruşub, döyüşüb və qəhrəmancasına şəhid olub.Bununla da o da digər şəhidlərimiz kimi adını qızıl hərflərlə hərb tariximizə yazdı.