Ermənistan ordusunun Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri əsgər Xəyyam Daşdəmirovdur. Xəyyam Məhəmməd oğlu Daşdəmirov 2002-ci ilin fevralın 22-də İsmayıllı rayonunun Balık kəndində anadan olub. Bakının Biləcəri qəsəbəsində 123 saylı orta məktəbdə təhsil alıb.
![](https://www.memorial.az/photos/2022/09/xeyya-4986659556.jpg)
Kənd sakinlərinin sözlərinə görə, idmana böyük maraq göstərən Xəyyam çox mehriban və vətənpərvər insan olub.
Xəyyam mayın 8-də hərbi xidmətə yola düşüb. İyulun 12-də dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.