Sentyabrın 27-də Vətən müharibəsi başlayan andan ön cəbhədə düşmənlə üz-üzə vuruşub. Döyüşlərdə fəal iştirak etdiyinə görə yoldaşları arasında “Canavar” ləqəbi ilə tanınıb. Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib.
Zahid Zairli oktyabrın 7-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən ürəyindən snayperlə vurularaq şəhid olub. Yardımlı rayonunda dəfn edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Zahid Zairli “Vətən müharibəsi iştirakçısı'”, “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.