2022/09/Rəş-1663316211.jpg

line
Adı: Baxşəliyev
Soyadı: Rəşid
Ata adı: Əliağa
Doğum tarixi: 23.10.1996
Şəhid olub: 02.04.2016
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Baxşəliyev Rəşid Əliağa oğlu 23 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2014-ci ilin 24 oktyabrında hərbi xidmətə yola düşüb.

İlk hərbi xidmətini Lənkəranda keçdikdən sonra Beyləqan rayonunda “Top Artilleriya” kursunu bitirib. Ağcabədinin yuxarı Qiyaməddinli kəndində xidmətini davam etdirib. Əsgəri xidmətindən sonra hərbi qulluqçu kimi Vətənə xidmətini davam etdirmək arzusunda olan Baxşəliyev Rəşid Əliağa oğlu 2016-cı il 2 aprel Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. Aprelin 12-si isə Rəşid Baxşəliyev Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
ilə təltif edilib.