2021/09/IMG_2-1632483103.jpg

line
Soyad: Tağıyev
Ad: Elçin
Ata adı: Ağaqulu
Doğum tarixi: 01.07.1989
Şəhid olub: 01.10.2020
Rütbə: Kapitan
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin Aprel döyüşləri zamanı dostu baş leytenant Ziya Həsənov şəhid olandan sonra Müdafiə Nazirliyinə müraciət edir və öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam edir. Azərbaycan Ordusunun kapitanı Elçin Tağıyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub.  Biləsuvar rayonunda dəfn olunub.

Şəhid olmazdan öncə ona mayor rütbəsi təqdim olunsa da, bu rütbəni çiyinlərinə taxmaq qismət olmayıb. Talış və Suqovuşan istiqamətində döyüşən qəhrəman zabitimiz həmin strateji ərazilərin işğaldan azad olunmasında taboru ilə birlikdə şücaət göstərib və bu döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Tağıyev ölümündən sonra “Qarabağ” ordeni "Vətən uğrunda" medalı  ilə təltif edilib. O, həmçinin   "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına (26.06.2018) da layiq görülmüşdü.



Ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qaldı.