Abbasov Mehti Əmrah oğlu 04 iyul 2004-cü il tarixdə Masallı rayonunun Sığıncaq kəndində anadan olub.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən lokal antiterror əməliyyatı zamanı şəhid olan Silahlı Qüvvələrin əsgəri Abbasov Mehdi Əmrah oğlu Masallı rayonunun Sığıncaq kəndində dəfn olunub.
Şəhidlə vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkili Məşhur Məmmədov, rayonun hüquq mühafizə, idarə-müəssisə rəhbərləri, din xadimləri, şəhidin yaxınları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı cənazəyə bürünmüş üç rəngli Dövlər bayrağını şəhidin atası Əmrah Abbasova təqdim edib.