2023/11/sehid-1699432846.jpg

line
Adı: Abbasov
Soyadı: Zamin
Ata adı: Xaqani
Doğum tarixi: 08.03.1993
Şəhid olub: 20.09.2023
Rütbəsi: Baş-leytenant
Təltifləri
«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Şəhid Abbasov Zamin Xaqani oğlu 08.03.1993-cü ildə Qubadlı şəhərində anadan olub. 31 avqust 1993-cü ildə Qubadlı rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşıb.

2000-ci il tarixdə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinə daxil olub. 2008-ci ildə 8-ci sinfi bitirən Zamin C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2011-ci ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2015-ci ildə Akademiyanı bitirdikdən sonra peşəkar kadr kimi hərbi sənətə yiyələnib.

Ermənistanla şərti sərhəddə, ön xətt briqadasında xidmət keçib. Xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edilib. 2016-cı il aprel döyüşləri zamanı xüsusi şücaət göstərmiş, komandanlıq tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.



2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, tabeçiliyində olan hərbi qulluqçuları birinin belə burnu qanamadan müharibənin sonunadək sağ-salamat aparıb çıxarıb.



Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov tərəfindən, həmçinin korpus komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanlarla təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Abbasov Zamin Xaqani oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təttif edilib.



Şəhid Abbasov Zamin Xaqani oğlu həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərib.

20.09.2023-cü il tarixdə Azərbaycan Respublikasının Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı Abbasov Zamin Xaqani oğlu Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan Şəhid olub.









Memorial.az