2023/12/sehid-1703147078.jpg

line
Adı: Abdullayev
Soyadı: Asim
Ata adı: Cavanşir
Doğum tarixi: 10.12.1982
Şəhid olub: 23.09.2023
Rütbəsi: Kiçik çavuş
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Abdullayev Asim Cavanşir oğlu 10 dekabr 1982-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olub. Vahidli kənd Asif Sadıqov adına tam orta məktəbində orta təhsil alıb.

Orta təhsilini bitirdikdən sonra, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub.

Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışıb, daha sonra yenidən orduya qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Abdullayev Asim Cavanşir oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı 23 sentyabr 2023-cü ildə Ağdərə rayonunda şəhid olub.

Tovuz rayonu Vahidli kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.