Azərbaycan Ordusunun şəhid giziri Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Şəki şəhərində doğulub. Valideyn himayəsindən məhrum olan Səbuhi Əhmədov "SOS" Uşaq Kəndləri – Azərbaycan” sakini olub. Bakı şəhərində yerləşən 269 saylı tam orta məktəbdə və Bakı Qida Sənayesi Kollecində təhsil alıb.
Səbuhi Əhmədov Vətən müharibəsinin də iştirakçısı olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Səbuhi Əhmədov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. 14 sentyabr 2022-ci ildə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Səbuhi Əhmədov “Azərbaycan Bayrağı” ordeni ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Səbuhi Əhmədov “Vətən uğrunda” medalı ilə tətif edilib.