2023/12/osman-1703243939.jpg

line
Adı: Ağaxanov
Soyadı: Osman
Ata adı: Qədim
Doğum tarixi: 05.04.2004
Şəhid olub: 20.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Ağaxanov Osman Qədim oğlu 5 aprel 2004-cü ildə Xaçmaz rayonu, Ukuroba kəndində anadan olub.

Ukuroba kənd orta məktəbində orta təhsil alıb.

Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağaxanov Osman Qədim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

Ailəsinin sözlərinə görə Osman istiqanlı, gülərüz və səmimi insan idi.

Maraq dolu bir insan olub.

Uşaq yaşlarından silahlara, müharibə hekayələrinə marağı var idi.

Atasının sözlərinə görə dəmir və taxtadan müxtəlif silah alətləri düzəldib, kəndin uşaqlarına verərmiş və bu sayədə hamısı birgə müxtəlif oyunlar oynayarmışlar.

Ağaxanov Osman Qədim oğlu xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.





Memorial.az